Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni diasporu normallaşma prosesinə ciddi əngəldir - Türkiyə PA

Erməni diasporu normallaşma prosesinə ciddi əngəldir - Türkiyə PA

Tarix: 4 May 2023 09:57

Ermənistan Türkiyə ilə normallaşma prosesində addım atmaqda maraqlı görünmür.

Milli.Az bildirir ki, bu haqda TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından bildiriblər.

"Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti 1915-ci il hadisələri ilə bağlı müstəqil olaraq, erməni diasporunun diktəsindən kənar hərəkət edə bilmir.

Ermənistanın və eləcə də erməni diasporunun hələ də tarixin isbat olunmamış dərinliyində qurdalanması ciddi problemdir. Bu, cəmiyyətin müasir və mədəni dünyaya inteqrasiyasına ciddi əngəldir" - deyə Türkiyə PA -dan bildirilib.

Administrasiyadan o da qeyd edilib ki, Türkiyə öz tarixindən heç vaxt utanmır, çünki tarix boyu haqq və ədaləti dəstəkləyib.

Milli.Az


Etiketlər:  Erməni diasporu normallaşma prosesinə ciddi əngəldir Türkiyə PA


RƏYLƏR