Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onlayn alış-veriş platformalarında qiymətlər 2 dəfədən çox artıb - VİDEO

Onlayn alış-veriş platformalarında qiymətlər 2 dəfədən çox artıb - VİDEO

Tarix: 4 May 2023 13:14

Onlayn alış-veriş edənlərin sayı çoxaldığından satış platformalarda məhsulların qiyməti də artmaqdadır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son 1 ildə bir çox xarici ölkələrdən, xüsusilə də Türkiyədən mal sifarişi ən az 2 dəfə bahalaşıb.

İqtisadçı ekspert Toğruq Vəliyev "Xəbər Ertəsi"nə deyir ki, bahalaşmanın əsas səbəbi həmin ölkələrdə inflyasiya ilə bağlıdır.

Toğrul Vəliyev bildirir ki, logistika xərclərinin artması onlayn alınan məhsulların kəskin bahalaşmasına gətirib çıxarıb.

İqtisadçı qeyd edir ki, son illər vətəndaşların onlayn sifarişləri ən çox Türkiyədən olub.

Onun sözlərinə görə, bəzi xarici alış-veriş platformalarının Azərbaycanda anbarlarının yaradılması nəzərdə tutulub.

"Bu da dolayısıyla qiymətlərin stabil qalmasına kömək edə bilər."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Onlayn alış veriş platformalarında qiymətlər 2 dəfədən çox artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ