Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Tarix: 7 May 2023 12:00

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edib. Troekurovski qəbiristanlığında keçirilən mərasimdə müğənni pərəstişkarları və jurnalistlərlə ünsiyyət qurmayıb.

Dəfn mərasiminə qatılanlar arasıda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da yer alıb. Sosial şəbəkələrdə onun Puqaçovaya yaxınlaşaraq əlini öpdüyü və başsağlığı verdiyi video yayılıb. Görüntülərdə Peskovun ifaçıya "Necəsiniz? Sizi görməyə çox şadam" sözlərini dediyi əks olunsa da, Puqaçovanın cavabı anlaşılmayıb.

Bundan başqa, ifaçı vida mərasimində özünü pis hiss etdiyi üçün onu qollarından tutaraq müşayiət ediblər.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Onu da qeyd edək ki, Yudaşkin uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.


Etiketlər:  Peskov Puqaçovanın əlini öpdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ