Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“May ayında toy etmək olmaz” ənənəsinin TARİXİ - Bu xurafatı ermənilərlə nə bağlayır?

“May ayında toy etmək olmaz” ənənəsinin TARİXİ - Bu xurafatı ermənilərlə nə bağlayır?

Tarix: 7 May 2023 21:28

"May ayı, vay ayı" deyirlər. Bir də deyirlər ki, may ayı boş aydır. Bu ayda kimsə toy etsə, o ailə ya tez dağılacaq, ya da övlad üzünə həsrət qalacaq. Təbii ki, bunlar hamısı xurafatdır. Bunun heç bir əsaslandırması yoxdur.

Amma bəzi ehtimallar var. Bunlardan biri də odur ki, son 100 ildə ermənilər bu fikri bizim şüurumuza yeridib. Belə ki, ermənilər də 110 ilə yaxındır ki, 24 apreli soyqırımı kimi qeyd edirlər. Və hər il 24 apreldən 40 gün keçənədək ermənilər heç bir şadyanalıq etmir, yas saxlayırlar. Bizimlə eyni ortamda yaşadıqları uzun illərdə də bunu bizə təlqin etilər ki, may ayında şadyanalıq, toy etmək olmaz. Beləcə, fərqinə varmadan bir çoxlarımız bu təbliğatın girovuna çevrilmişik.

Bəs, bu məsələnin dinlə hansısa bağlılığı varmı?

Sonxeber.net referans.az-a istinadən xəbər verir ki, bununla bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyir ki, may ayında toy etməməklə bağlı xurafat var:

"Əvvəla bildirim ki, bu məsələ nə dində, nə də milli ənənələrimizdə yoxdur. Hətta bəziləri may ayına vay ayı deyirlər. Ancaq dinin baxışını nəzərə alaraq mən də deyə bilərəm ki, may ayı toy ayıdır. Çünki may ayı təbiətin və havanın ən gözəl dövrü, ən münasib zamanıdır. Mayda toy etmək olmaz inancı ermənilərdən keçib. Bəziləri də deyir ki, Andranikin qulağı bu ayda kəsilib deyə ermənilər şadlıq etmir".
İlahiyyatçı bu xurafatın kökünü araşdırdığını da bildirir:
"Bəzi qədim astronomik kitablarda əski münəccimlər Ayın əqrəb bürcündə olduğu zamanda nikah bağlamağın fəsad verə biləcəyini qeyd ediblər. Nəsrəddin Tusi də bu haqda bildirib. Ayın əqrəb bürcündə olduqda Mars planetinin təsirində olur. Mars planetinə qədimdə Mərrix ulduzu deyirdilər. Bu zaman da müharibələr, şər qüvvələr tüğyan edir, yer üzündə insanların mənfi hissləri qabarır və sairə. Ona görə də münəccimlər tərəfindən bu ayda ümumiyyətlə müqavilə bağlamaq, əqd kəsmək, evlilik, nişan kimi işlərin təxirə salınması tövsiyə olunub.
Amma bunun da may ayına bir aidiyyəti yoxdur. May ayı Buğa bürcünün təsirindədir. Planeti də Zöhrədir. Yəni Venera. O da şər planeti hesab olunmur. Ünsürü də torpaqdır ki, bərəkətə, ruziyə, bolluğa təhkimdir".
Turan İrfan onu qeyd edir ki, may ayında toy etməmək kimi xurafi bir inancın əsaslarına nə xristianlıqda, nə yəhudilikdə, nə də İslamda rast gəlməyib:
"Ümumiyyətlə İslam dini xeyir işlərə tələsməyi əmr edir və heç bir təqvim gününü də xeyir işi təxirə salmaq kimi elan etmir. 365 günün hər hansı birində faydalı işlər, toy, nişan kimi mərasimlərin keçirilməsində heç bir problem yoxdur. İslam dinində matəm günü də yoxdur.
Sadəcə vəfat edən şəxs üçün üç gün yas saxlamaq var. O da həmin günlərdə belə xeyir iş etmək yasaqlanmayıb, sadəcə yas sahibinə ehtiram olaraq sonraya salınması tövsiyə olunub".


Etiketlər:  ayında etmək olmaz ənənəsinin TARİXİ xurafatı ermənilərlə bağlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ