Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Özbəkistana hazır geyim ixracını 13 milyon dollardan çox artırıb

Türkiyə Özbəkistana hazır geyim ixracını 13 milyon dollardan çox artırıb

Tarix: 8 May 2023 12:18

Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Özbəkistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 51,6 faiz artaraq 13,4 milyon dollara çatdırıb.

Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Aprel ayında Türkiyə Özbəkistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 21,1 faiz artaraq 2,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 6,7 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 26,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 20,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.


Etiketlər:  Türkiyə Özbəkistana hazır geyim ixracını milyon dollardan çox artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ