Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Tarix: 22 Oktyabr 2019 13:39

Bakı. Mətanət Nəsibova - Trend:

Sumqayıt Sənaye Parkının ərazisində yerləşən şüşə zavodunun tikintisi layihəsi başa çatır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu layihəyə qoyulan investisiyaların həcmi 82 milyon dollar təşkil edir.

N.Səfərovun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun təkmilləşməsinə yönəlmiş dövlət siyasəti çərçivəsində son illərdə iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də istehsal sektorunda ciddi irəliləyiş müşahidə olunur.

Nazir müavini əlavə edib ki, müsbət dinamika həmçinin tikinti sahəsində də qeydə alınıb.

Qeyd edək ki, Bakıda keçirilən sərgidə 23 ölkədən 280 şirkət iştirak edir.


Etiketlər:  Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır Nazir müavini


RƏYLƏR