Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi idman Oskarını qazandı

Messi idman Oskarını qazandı

Tarix: 8 May 2023 23:18

"Paris Saint-Germain" və Argentina yığmasının hücumçusu Lionel Messi idman Oskarı kimi tanınan "Laureus World Sports Awards" mükafatını alıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə mükafatın rəsmi tviter hesabı məlumat yayıb.

Argentinalıdan başqa, "PSJ"nin daha bir hücumçusu Kilian Mbappe, həmçinin ikiqat Formula 1 çempionu Maks Verstappen, dayaqla tullanma üzrə dünya rekordçusu Armand Duplantis, ispan tennisçi Rafael Nadal və "Golden State Warriors"ın basketbolçusu Stiven Karri mübarizə aparıb.

Milli.Az


Etiketlər:  Messi idman Oskarını qazandı


RƏYLƏR