Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 23:48
Bu gün oğlan uşaqlarını həqiqi hərbi xidmətdən yayındırmaq üçün ailələr əllərindən gələn hər şeyi edirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni aktyor Qrant Toxatyan 3-cü Ordu Korpusunun keçmiş komandiri, külli miqdarda daşınmaz əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) görə cinayət məsuliyyətinə cəlb edilən general-mayor Qriqori Xaçaturovun (KTMT-nin Baş katibi olmuş Yuri Xaçaturovun oğlu) məhkəmə prosesinin önündəki aksiyada mediaya deyib.
O bildirib ki, əvvəllər də ordudan yayınma halları olub, amma nadir hallarda:
"Bu gün isə gənclər ümumiyyətlə orduda xidmət etmək istəmirlər. Söhbət çoxluqdan gedir, təbii ki, hər zaman hazır olan vətənpərvərlər var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə çağırışçılar olmayacaq".