Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb

Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb

Tarix: 11 May 2023 14:56

Rusiya Müdafiə Nazirliyi (MN) 2023-cü ilin əvvəlindən məhbusların Ukraynada döyüşlərə cəlb olunması sxemini gücləndirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, təkcə cari ilin aprelində 10 min məhbus orduya yazılıb.

Məlumatda vurğulanıb ki, 2022-ci ilin yayından bəri məhbuslar Ukraynada genişlənmə əməliyyatları aparan "Vaqner"in əsas rekrut mənbəyi olub. Lakin, "Vaqner"in Rusiya MN ilə yaşadığı gərginlik səbəbilə 2023-cü ilin fevralından ölkənin ədliyyə sisteminə çıxışı itirdiyi ehtimal edilir.

Britaniya Kəşfiyyatının məlumatında əlavə olunub ki, məhbusların ordu sıralarına cəlb edilməsi kampaniyası yeni məcburi səfərbərlik elan etməkdən çəkinən Rusiya MN-nin öz hərbi qüvvələrinin sayını artırmaq səylərinin bir hissəsidir.


Etiketlər:  Britaniya kəşfiyyatı Rusiyada ötən məhbus orduya yazılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ