Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2023 16:05
2011-2013-cü illərdə İbrahim Tatlısəs ilə evli olan və bu nikahdan Elif Ada adlı qızı doğulan Ayşegül Yıldız qatıldığı tədbirlərin birində maraqlı fikir səsləndirib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, keçmiş əri haqqında böyük hörmətlə danışan Ayşegül Yıldız deyib: "O, etdiyi yaxşılıqlar, aldığı dualar sayəsində həyatda qalır".
Onun fikrincə, İbrahim Allahın sevdiyi quludur, yoxsa 3 dəfə ölümdən dönmək hər insana nəsib olmur: "İbrahim Tatlısəs Əzrailə 3:0 qalib gəlib" .