Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimlər böyrəyimdə bir şiş tapdılar'' - FOTO

''Həkimlər böyrəyimdə bir şiş tapdılar'' - FOTO

Tarix: 12 May 2023 20:58

Hollivud aktyoru, "Universal Əsgər" filmilə şöhrət qazanmış Dolf Lundqren ilk dəfə qorxunc diaqnozundan danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 65 yaşlı sənətçi bildirib ki, 2015-ci ildə ona böyrək xərçəngi diaqnozu qoyulub. "Həkimlər böyrəyimdə bir şiş tapdılar və onu çıxardılar, sonra biopsiya etdilər və bədxassəli olduğu ortaya çıxdı", - deyə Lundqren bildirib.

Görülən tədbirlərə baxmayaraq, 2020-ci ildə həkimlər onun böyrək və qaraciyərində 6 metastaz aşkar ediblər. Neoplazmaların cərrahi yolla çıxarılması üçün çox böyük olduğu müəyyən edilib. Döyüş ustası kimyaterapiya kursuna başlamalı olub.

Müalicə nəticəsində şişlərin ölçüləri 20-30 faiz azalıb və aktyor əməliyyat sayəsində xəstəliyə qalib gəlib.


Etiketlər:  Həkimlər böyrəyimdə şiş tapdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ