Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin vəziyyəti ağırdır

Əməkdar artistin vəziyyəti ağırdır

Tarix: 12 May 2023 23:00

Atamın vəziyyəti stabil-ağır olaraq qalır.

Milli.Az bildirir ki, bu sözləri kult.az-a kinorejissor, əməkdar artist Elxan Qasımovun qızı Kəmalə Qasımova aktyorun son durumu ilə bağlı danışarkən deyib.

"Hələ heç nə demək mümkün deyil. Reanimasiyadadır. Yanına heç kimi buraxmırlar. Xoş xəbərlər eşitməyə ümid edirik", - deyə o bildirib.

Qeyd edək ki, gecə saatlarında qəfil halı pisləşən 78 yaşlı aktyor mayın 7-də təcili yardımla xəstəxanaya çatdırılıb. O, "Aorta anevrizmasının partlaması" diaqnozu ilə əməliyyat olunub.

Milli.Az


Etiketlər:  Əməkdar artistin vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ