Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2023 23:36
"Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ-nin Çinlə münasibətləri normal inkişaf etməyəcək".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Stokholmda xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.
O, İttifaqın Çinlə münasibətlərinin balanslı olmadığını deyib.
Borrell Avropanın Çindən asılılığının azaldılmasının vacibliyinə də işarə edib. Bundan əlavə, onun sözlərinə görə, Avropa İttifaqı və Çinin strateji təhlükəsizlik sahəsində Tayvan və Ukrayna münaqişəsi ilə bağlı iki problemi var.