Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur dəhlizi ilə bağlı saxta xəritələr yayılır - VİDEO

Zəngəzur dəhlizi ilə bağlı saxta xəritələr yayılır - VİDEO

Tarix: 13 May 2023 13:26

Son günlər Turan yolu adlanan ''Nəqliyyat dəhlizi'' ilə bağlı saxta xəritələr yayılır.

Təəssüf ki, bəzi siyasətçilər Türkün yolunun, həmin dəhlizin Azərbaycandan deyil, türk olmayan dövlətlərdən keçdiyini düşünür və bunu əyani olaraq nümayiş etdirir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,bu məqsədlə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı, qazilər, şəhid ailə üzvləri və QHT-lərin iştirakı ilə keçirilən tədbirdə mediaya bəyanat səsləndirlib.

"Bəyanatı Qarabağ qaziləri oxuyub."

Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin rəhbəri Hakan Seyhan bildirib ki, bu gün Zəngəzur dəhlizinin alternativi yoxdur və qəbul edilmir.

Qarabağ qaziləri qeyd ediblər ki, Zəngəzur dəhlizi türk birliyi üçün açar rolunu oynayır.

Bildirilib ki, bu gün türk birliyini istəməyənlər artıq əməlləri ilə bunu göstərmiş oldu.

"Ancaq bu təxribatçı addımlar türk birliyinə əngəl ola bilməz."

Əlavə edilib ki, Türkün əsirlik yolu bəllidir və bu düşüncəyə sahib çıxmayan insanın Türk Dünyası və Türk Yolundan danışması məntiqsizdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Zəngəzur dəhlizi ilə bağlı saxta xəritələr yayılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ