Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avroviziya”dakı münsiflərimiz onlar imiş - FOTO

“Avroviziya”dakı münsiflərimiz onlar imiş - FOTO

Tarix: 15 May 2023 10:45

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında iştirakçı ölkələrin münsiflər heyətinin üzvlərinin adları açıqlanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycanın peşəkar münsiflər heyətində aşağıdakı sənət nümayəndələri olub:

Anar Yusifov - pianoçu, bəstəkar, prodüser (sədr);

Təranə Muradova - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və baletmeysteri, Xalq artisti;

Gülyaz Məmmədova - xanəndə, Xalq artisti;

Zümrüd Dadaş-zadə - professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi;

Emin Useynov - "Nero" rəqs mərkəzinin rəhbəri.

Münsiflər heyətinin səsləri müsabiqənin finalında canlı efirdə səsləndirilib. Azərbaycan ən yüksək 12 xalı İsrail təmsilçisi Noa Kirelə verib. Sözügedən ölkə finalda üçüncü yerdə qərarlaşıb.

Müsabiqənin qalibi isə "Tattoo" mahnısı ilə çıxış edən İsveç təmsilçisi Lorin olub.

Milli.Az


Etiketlər:  Avroviziyadakı münsiflərimiz onlar imiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ