Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 13:10
Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi şərtləri açıqlayıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, o, seçiləcək namizəddən beş şərt tələb edəcək.
Sinan Oğanın tələb edəcəyi şərtlər bunlardır:
- Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi;
- 66-cı maddədə göstərilən türklüyün konstitusiyadan çıxarılması cəhdinin qarşısının alınması;
- Türkiyədə olan 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi;
- Ölkəni iqtisadi böhranın əsas səbəblərindən, faizdən, inflyasiyadan xilas etmək;
- Terror təşkilatları ilə onların siyasi strukturları arasına məsafə qoymaq.
Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.