Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehriban Ələkbərzadə "Azdrama"nın kollektivinə təqdim olundu - FOTOLAR

Mehriban Ələkbərzadə

Tarix: 16 May 2023 22:06

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mehriban Ələkbərzadəni təbrik edib, onun teatr fəaliyyətini yüksək qiymətləndirib, quruluş verdiyi səhnə əsərlərinə olan tamaşaçı marağından danışıb.

Mehriban Ələkbərzadə göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, Akademik Milli Dram Teatrının kollektivi ona doğma və əziz kollektivdir, sənət fəaliyyətinin 25 ili məhz bu teatrla bağlıdır. O, Akademik Milli Dram Teatrının fədakar kollektivi ilə uğurlu işlərə imza atacağına əminliyini ifadə edib.

Teatrın kollektivi təqdimatı alqışlarla qarşılayıb.

Sonda bədii rəhbər Mehriban Ələkbərzadəyə kollektiv adından gül dəstəsi təqdim olunub.

Qeyd edək ki, Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur. O, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Milli.Az


Etiketlər:  Mehriban Ələkbərzadə Azdramanın kollektivinə təqdim olundu FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ