Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankarada güclü tufan divanı belə uçurdu - VİDEO

Ankarada güclü tufan divanı belə uçurdu - VİDEO

Tarix: 18 May 2023 19:38

Türkiyənin Ankara şəhərində günorta saatlarında təsirli olan külək və yağış həyata mənfi təsir edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saatda 45 kilometrə çatan külək nəticəsində çoxlu ağaclar aşıb, evlərin dam örtüyü uçub.

Fırtınanın təsiri ilə yaşayış yerindən düşən divanın başqa binaya dəydiyi anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.

Etimesqut rayonunda küləyin təsirindən ticarət mərkəzinin damı tamamilə uçub. Rayonun mərkəzi məscidinin minarəsi dağılıb. Minarənin dağılan parçalarının dəyməsi nəticəsində bir nəfər yaralanıb, bir çox avtomobilə ziyan dəyib.

Qeyd edək ki, Meteorologiya Baş İdarəsi leysan yağışları və tufanla bağlı bütün bölgəyə sarı kodlu xəbərdarlıq edib.(qafqazinfo)

Milli.Az


Etiketlər:  Ankarada güclü tufan divanı belə uçurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ