Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2023 11:06
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarını seçkilərin ikinci turu üçün səsvermədə iştirak etməyə çağırıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə öz rəsmi twitter hesabında bildirib.
"Seçkilərin ilk turunda terror təşkilatları ilə əməkdaşlıq edənlərin iradəsini qırdınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə hər birinizə təşəkkür edirəm. İndi 28 may tarixində yenidən milli iradənizi göstərməyin zamanıdır", - deyə o qeyd edib.
Qeyd edək ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının səs vermə prosesi 20 may tarixində başlayacaq.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.