Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elza konsertində kurioz addım atıbmış - VİDEO

Elza konsertində kurioz addım atıbmış - VİDEO

Tarix: 19 May 2023 11:55

Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə hadisə yaşadığını etiraf edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi "Söhbət var" verilişində qonaq olarkən, 2018-ci ildə solo konsertindən əvvəl qulaq mikrofonunu unutduğunu bildirib. 

Çətin vəziyyətdə qalan bəstəkar elə səhnədə planlaşdırdığı kurioz addımdan danışıb:

"2018-ci ildə Heydər Əliyev Sarayında solo konsertim oldu. Əməkdar artist Bəhruz Vaqifoğlu şeirlərimi tamaşa kimi səhnələşdirmişdi. "Əşyalar", "Yenə o bağ olaydı" şeirləri və s. Deməli, məşqə gəlmişik. Qulaq mikrofonum təsadüfən yadımızdan çıxıb evdə qalmışdı. Həmin gün də "Formula 1" və Zərifə Əliyevanın doğum günü ilə əlaqədar olaraq yollar bağlanmışdı. Hər yer tıxac idi deyə, gedib evdən götürə bilməyəcəkdik. 

Bəhruz gəlib mənə dedi ki, Elza xanım, necə edək? Bəlkə tamaşanı göstərim, ancaq şeiri deməyək? Dedim necə yəni deməyək? Olmaz axı. Kimdənsə mikrofonu alıb şeir demək olmur. Dedim ki, Bəhruz, mən piano ifa edəndə gəl, məni qucaqla və şeirini mənim mikrofonum vasitəsilə de. İnanırsınız, hamıya o səhnə təsir etmişdi. Düzdür, bəlkə də o sirri açmamalı idim. Yəni sənətkar üçün "yoxdur" sözü yoxdur".

Milli.Az


Etiketlər:  Elza konsertində kurioz addım atıbmış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ