Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqil M. Quliyev nəvəsini görə bilmir - Qadağa qoyulub

Aqil M. Quliyev nəvəsini görə bilmir - Qadağa qoyulub

Tarix: 19 May 2023 13:35

Rejjisor və aktyor  Aqil M. Quliyev heç vaxt görmədiyi nəvəsindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, Məcid Hüseynovun "Çörək kəsmişik" layihəsində açıqlama verib. 

Sənətçi bildirib ki, övladı və ailəsi başqa ölkədədir. O isə Azərbaycandan çıxış qadağası olduğu üçün nəvəsini görə bilməyib:

"Nəvəmi qucağıma ala bilməmişəm. İmkan verdilər ki? Respublikadan çıxışım bağlanıb. Vergi brocuma görə çıxa bilmirən. Ümumiyyətlə heç kim üçün heç vaxt darıxmıram. Mən uşaq vaxtdan belə böyümüşəm. Bəlkə də qucağıma almış olsam, darıxaram".

Rejissorun özü ilə əlaqə saxlayıb, vergi borcunu ödəyib-ödəmədiyi haqda məlumat almaq istədik. Lakin o, sualımızı cavablandırmadı. 

Qeyd edək ki,  Aqilin ölkədən çıxışına bu ilin yanvar ayında qadağa qoyulub. 

Onu da xatırladaq ki, rejissor qızı Sima ilə uzun illər görüşməmiş, 2016-cı ildə onunla bağlı açıqlama vermişdi. Bildirmişdi ki, 2015-dən övladı ilə ünsiyyət qurmağa başlayıb. 

Milli.Az


Etiketlər:  Aqil M Quliyev nəvəsini görə bilmir Qadağa qoyulub


RƏYLƏR