Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Xaçmazda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Tarix: 22 May 2023 16:48

Xaçmazın Ləcət kənd tam orta məktəbinin binası yararsız haldadır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbin elektrik sistemi sıradan çıxıb, divarlarda iri çatlar əmələ gəlib.

35 ildən çoxdur ki, istifadəyə verilmiş üçmərtəbəli təhsil ocağının idman zalı təhlükəli vəziyyətə görə bağlıdır və ora məktəblilər buraxılmırlar.

Valideynlər yeni məktəbin tikilməsini zəruri sayırlar.

Məktəbin direktor əvəzi Murad Daşdəmirov təhsil ocağının tikintisi zamanı səhvə yol verildiyini və mövcud vəziyyətə də məhz bunun səbəb olduğunu deyir.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun aparıcı məsləhətçisi Fikrət Heybətov bildirib ki, 2023-2024-cü tədris ili üçün Xaçmaz rayonunda 4 yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Ləcət kənd tam orta məktəbi də söküləcək və yerində yenisi inşa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Xaçmazda məktəb binası qəzalı vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ