Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2023 12:08
Bakıda şadlıq saraylarında menyularda qiymət artımı müşahidə edilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Sonxeber.net-a verilən məlumata görə, 2023-cü ilin aprel ayında şadlıq saraylarında sifarişlərin sayı 72.8 faiz azalıb. Bunun əsas səbəbi aprel ayının ilk iki onluğunun Ramazan ayına təsadüf etməsi olub.
Bununla belə, aprel ayının son həftəsində şadlıq saraylarında canlanma müşahidə edilib. Bununla yanaşı şadlıq saraylarında aprel ayında qiymətlər 10.2 faiz artıb.
Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 14.5 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 8.7 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 7.4 faiz artım qeydə alınıb.