Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişilərdə olan üstünlüklər qadınlarda yoxdur''

''Kişilərdə olan üstünlüklər qadınlarda yoxdur''

Tarix: 24 May 2023 18:25

"Kişilər bizdən güclüdür. Hər zaman kişilərin tərəfin saxlayıram. Adi qəza keçirdəndə kişi həyəcanlanmır, qadın özünü itirir. Allah kişiyə elə üstün cəhədlər verib ki, onlar qadınlarda yoxdur. Qadın kişiyə görə yaradılıb".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi efirdə gedən müzakirə zamanı kişiləri müdafiə edib.

Sənətdən danışan Xatun hazırki mahnıların əksəriyyətini bəyənmədiyini söyləyib:

"İndiki musiqilər pis vəziyyətdədir. Bəzi mahnılar var ki, onları efirdə gündəmə gətirmək olmaz".

Yeni klip çəkdirən ifaçı orada dünya ulduzu Beyonsun geyim tərzini təkrarladığını etiraf edib:

"Məşhur brendin sonuncu kolleksiyasıdır. Həmin geyimi moda nümayişindən sonra Beyonsa hədiyyə ediblər. Paltarım beyonsun təkrarı idi".

Milli.Az


Etiketlər:  Kişilərdə olan üstünlüklər qadınlarda yoxdur


RƏYLƏR