Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“

Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“

Tarix: 25 May 2023 22:40

Aktrisa Zülfiyyə Qurbanovanın sosial şəbəkə hesabında paylaşdığı postda yazdığı "20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm.Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar nədən danışdığımı bilməz" fikirlər gündəmə səbəb olub. 

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb. 

Z.Qurbanova fikirlərinə bu cür aydınlıq gətirib: 

"Aktyorlar efirdə özlərinə aid bir məsələ müzakirə olunanda fikir bildirsələr də, heç zaman bir-birinə dəstək olmurlar. Amma efirdən kənarda bir-birinin fikri ilə razılaşırlar. İctimaiyyət arasında onların birliyi yoxdur. Fəxri ada gələndə isə... 2003-cü ildən bu sənətdəyəm. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərirəm, bir sıra dünya və beynəlxalq layihələrdə iştirak etmişəm, amma fəxri adım yoxdur.

Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə predmeti olan verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. Dünya səviyyəli təsdiq olunmuş festivallarda iştirak etmişəm. Yəni çəkildiyim filmlər orada nümayiş olunub, müxtəlif mükafatlar almışam. İnsan istəyir ki, o sənətinə və işinə görə dəyər, qiymət alsın". 
Aktrisa bildirib ki, fəxri ad və ya mükafatla bağlı Mədəniyyət Nazirliyinə müraciət etməyib: 

"Mən heç bir yerə heç bir məsələ ilə müraciət etmirəm. Belə mövzular haqqında isə çox danışan insan deyiləm. Düşünmüşəm ki, hər şeydən öncə və əsas mənim işimdir, oynadığım roldur. Bir sözlə, gördüyüm işimlə tanınım. Bu fikirlərimi sərbəst şəkildə səsləndirmişəm". 

Zülfiyyə aktyorların sosial şəbəkədə özlərinə aid olmayan lazımsız mövzularda münasibət bildirmələrinə irad tutub: 

"İstedad gözəl bir keyfiyyətdir. İstedadsızsansa səni heç kəs hansısa bir yerə aparmayacaq. Yaltaqlıq bir yerə qədərdir. Lağ-lağı, dəxlisiz, mənasız və heç birimizə lazım olmayan mövzularla bağlı birinci aktyorlar fikir bildirirlər. Məişət və özfəaliyyət mövzuları... Amma özünə toxunan mövzulardan qorxub, çəkinirlər. Bunu dəfələrlə görmüşəm". 

Aktrisa sonra həmkarı Ülviyyə Əliyevanın hələ də fəxri ad və mükafat ala bilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək, onun bu məsələdə haqlı olduğunu vurğulayıb.

"Fəxri adla bağlı həmkarım Ülviyyə Əliyevanın da açıqlaması ilə sosial şəbəkədə rastlaşdım. Hər kəsin tələbidir ki, haqqını tələb etsin. Uzun illər incəsənət aləmində peşəkar səviyyədə, bu işin orta, ali təhsili almış teatr və kino sektorunda fəaliyyət göstərən hər bir aktyorun istəyini dilə gətirməsi haqqıdır". 


Etiketlər:  Aktrisa Zülfiyyə Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ