Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abortların sayı niyə artıb? - VİDEO

Abortların sayı niyə artıb? - VİDEO

Tarix: 26 May 2023 18:50

Ötən il Azərbaycanda 58 min abort qeydə alınıb. Bu göstərici 2021-ci ildə 46 min 877 olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Statistik göstəricilərə əsasən abort sayı ciddi şəkildə artıb.

Elmi -Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Aynurə Əmirova bildirib ki, qanunla icazə verilən həddə - yəni hamiləliyin 12 həftəsinədək olunan abortların müxtəlif səbəbləri var.

Ancaq cinsiyyətin artıq bəlli olmağa başladığı 12-ci həftədən sonra aborta yalnız istisna hallarda - ananın həyatına ciddi təhlükə olarsa, yaxud dölün inkişafında hansısa qüsurlar qeydə alınarsa icazə verilir. Bu da bir həkimin yox, ixtisaslı həkim-mütəxəssslərin birgə rəyindən sonra icra edilə bilər.

Aynurə Əmirova deyib ki, abortların hər il kəskin şəkildə artmasının əsas səbəbi ailə planlaması üsullarının kifayət qədər istifadə olunmamasıdır.

Mütəxəssislər bildirirlər ki, abortun çox olunması ana ölümü ilə nəticələnə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Abortların sayı niyə artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ