Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir - FOTO

Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir - FOTO

Tarix: 28 May 2023 00:45

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov qızlarda bəyənmədiyi xüsusiyyətlərdən söz açıb. 

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bloqer bununla bağlı sosial şəbəkə hesabında izləyicilərdən gələn sualları cavablayarkən yazıb. 

"Hansı qızları davranışı ilə xanımlıqdan uzaq hesab edirsiniz?" sualına Həsənovun cavabı belə olub: 

"Siqaret çəkən, hər sözdən sonra söyüş söyən, eyni vaxtda bir neçə oğlanla ünsiyyət quran qızları xanımlıqdan uzaq hesab edirəm". 

Qeyd edək ki, gələn ayın 5-i 29 yaşına qədəm qoyacaq Hüseyn Həsənov subaydır. Bloqer müsahibələrində evlənib, çoxuşaqlı ata olmaq istədiyini açıqlamışdı. Bununla yanaşı, o bildirib ki, ailə quracağı qız mütləq şəkildə onun sevdiyi və hər gün yediyi "pomidor yumurta" yeməyini bişirə bilməlidir. 


Etiketlər:  Azərbaycanlı adamı xanımlarda xüsusiyyətləri bəyənmir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ