Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Laçının azad olunmasının və bu gün keçirdiyimiz görüşün tarixlərinin rəmzi mənası var

İlham Əliyev: Laçının azad olunmasının və bu gün keçirdiyimiz görüşün tarixlərinin rəmzi mənası var

Tarix: 28 May 2023 11:27

Laçının azad olunmasının və bu gün burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşdüyünü vurğulayan dövlətimizin başçısı bildirib: "Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var".


Etiketlər:  İlham Əliyev Laçının azad olunmasının gün keçirdiyimiz görüşün tarixlərinin rəmzi mənası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ