Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 10:48
Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb.
Sonxeber.net xəbər verir ki, Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu Binəqədi rayonu ərazisində yerləşən kafedə digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğlu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Səfərova Qahirə Zəkəriya qızını, Səməndər Səfərovun bacısı oğlu 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğlunu bıçaqlayıb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Quliyev Elxan Elşən oğlu şübhəli şəxs qismində saxlanıb.