Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 07:02
Kainat sonsuz enerjilərlə boldur. Onu necə idarə etsək həyatımız da o cür davam edər. Bəzən sevgiyə, qayğıya, təbəssümə bəzən hətta kədər hissini keçirməyə və s. kimi duyğulara ehtiyac duyarıq. İstənilən halda sonda rahatlıq və hüzur axtararıq.
Sonxeber.net Gundem.az-a istinadən müsbət enerji ötürən bitkiləri təqdim edir.
Yasəmən - Münasibətlərinizdəki bağı gücləndirir və hüzur bəxş edir.
Aloye - Neqativ enerjini özünə çəkərək sizə xoş aura ötürür.
Nanə - Narahatlıq hissini aradan qaldıraraq özünüzü daha komfortlu hiss etməyinizi təmin edir.
Kaktus - Olduğunuz məkanda yorğunluğunuzu, mənfi düşüncələrinizi azalda bilmək gücünə sahibdir.
Evkalipt - Sizi qısqanc insanların mənfi enerjili hisslərindən qoruyar.
Rozmarin - Evinizə sevgi və hüzur bəxş edər.