Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadir İnanır Merveni linç edənlərin cavabını verdi

Kadir İnanır Merveni linç edənlərin cavabını verdi

Tarix: 31 May 2023 19:12

Türkiyənin ustad aktyoru Kadir İnanır aktrisa Merve Dizdara dəstək olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, film ulduzu həmkarının "Kann"dakı çıxışını tənqid edənlərə cavab verərək bunları yazıb:

"Dünyanın ən böyük ikinci film festivalı olan "Kann"da mükafat alan Merve Dizdarı və filmin müəlliflərini ürəkdən təbrik edirəm. Kompleksli bacarıqsızlara xəbərdarlıq etmək istəyirəm. Hörmətli olun, asyağa qalxın və alqışlayın".

Qeyd edək ki, Merve Dizdar "Kann" səhnəsində çıxışı zamanı mükafatı Türkiyədə layiq olduğu gözəl günləri yaşamağı gözləyən, bütün mübarizə aparan bacılarına ərməğan etdiyini deyib.

Milli.Az


Etiketlər:  Kadir İnanır Merveni linç edənlərin cavabını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ