Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 07:16
Türkiyə və Misir liderləri qarşıdakı 3-6 ay ərzində görüşə bilərlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Misirdəki müvəqqəti işlər üzrə vəkili Saleh Mutlu Şen deyib.
"Prezident Sisinin Ərdoğana göndərdiyi təbrik mesajı və iki lider arasında telefon söhbəti dostcasına atılmış bir addım idi. Bu addımın əlaqələrdə irəliləyişə köklənmiş güclü siyasi arzunun ifadəsi olduğunu söyləyə bilərəm. Diplomatik əlaqələrin səfir səviyyəsinə qaldırılması razılaşdırıldı. Yəni, iki lider arasında sammit olacaq. Mən şəxsən görüşün 3-6 ay ərzində olacağını düşünürəm. Prezident Ərdoğanın sıx qrafiki olacaq. Bu ilin sonuna qədər Ankara, yaxud Qahirədə bir araya gələ bilərlər", - deyə diplomat bildirib.