Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qaraca qız” filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram...”

“Qaraca qız” filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram...”

Tarix: 4 Iyun 2023 02:42

"Mən aktrisa deyiləm. Aktrisa olsaydım gündəmdə qalmaq üçün efirə çıxardım, müsahibə verərdim. Uzun illər Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətə məşğul olmuşam. Efirə çıxmağı ümumiyyətlə xoşlamıram. Kimdəsə nəsə məqsəd olur ki, efirə çıxır. Bir filmdə çəkilmişəm, bununla da hər şey bitib. Həmişə zəng edirlər, dəvət edirlər. Vallah istəmirəm. Mənə deyirlər ki, siz niyə qapalısınız? Deyirəm ki, qapalı deyiləm, normal həyat yaşayıram. Gedirəm də, gəlirəm də, şəhərə də çıxıram".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filmində Tutu obrazını oynayan Sevil Zeynalova deyib. O sonradan filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb.

"Filmi göz yaşlarım içində izləyirəm. Elə baxıram ki, sanki o mən deyiləm. Tutunun taleyinə yanıram. Tutunun taleyi acı, ürəyi isə böyükdür. Bu filmdən sonra çox dəvətlərim oldu. Atam dedi ki, "bir dəfə çəkildin, bəsdir". O məni bu sahədən uzaqlaşdırdı" deyə o bildirib. 
 
Aktrisa Pəricahan rolunun ifaçısı Şəfiqə Məmmədovanın ona filmdə şillə vurmasına da aydınlıq gətirib.
 
"Şəfiqə Məmmədovadan tələb etdilər ki, mənə şillə vursun. O dedi ki, Sevilə əlimi vura bilmərəm. Filmdəki o hissəni montaj etdilər. Şəfiqə xanım kamera qarşısına yaxınlaşır, əlini mənə uzadır. Dodağım üçün qrimdən istifadə etdilər. O məni qətiyyən vurmayıb, belə bir şey olmayıb" deyə o bildirib.
 
Müsahibimiz müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən də danışıb.

"Uşaq filmlərinin çəkilməməsi məni çox üzür. Əlbəttə ki, buna çox təəssüflənirəm. Uşaq filmləri vacibdir, mütləq çəkilməlidir. Bizim vaxtımızda çox idi. Sırf uşaq filmləri olmasa da, uşaqlara da orada rollar verilirdi. Məsələn, "Ögey ana", "Şərikli çörək" və s. filmlər uşaq filmi deyil, amma görürsünüzmü orada nə qədər uşaq qəhrəmanları var? "Asif, Vasif, Ağasif", "Şir evdən getdi" filmləri sırf uşaqlar üçün çəkilib. Böyük filmlərində belə uşaqları qabartmaq olar. Bu da rejissordan, ssenaridən asılıdır. Rejissorun əlində ssenari olmalıdır ki, onu çəkə bilsin. Görünür ki, ssenarilər ləng olub, yazanlar yoxdur" deyə Sevil Zeynalova deyib.

Milli.Az


Etiketlər:  Qaraca qız filmini göz yaşları içində izləyirəm Tutunun taleyinə yanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ