Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Leyptsiq” Almaniya kubokunun qalibi oldu

“Leyptsiq” Almaniya kubokunun qalibi oldu

Tarix: 4 Iyun 2023 10:26

Almaniya kubokunun finalında "Leyptsiq" "Ayntraxt"ı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az report-a istinadən xəbər verir ki, görüş Berlindəki Olimpiya Stadionunda baş tutub.

Qalib komandanın heyətində Kristofer Nkunku (71-ci dəqiqə) və Dominik Soboslay (85) fərqlənib.

2009-cu ildə əsası qoyulan "Leyptsiq" tarixində dördüncü dəfə turnirin finalına yüksəlib. 2019-cu ildə komanda həlledici görüşdə "Bavariya"ya (2:4), 2021-ci ildə "Borussiya Dortmund"a (1:4) məğlub olub. 2022-ci ildə "Leypsiq" ilk dəfə kuboku qazanaraq "Frayburq"u penaltilər seriyasında (1:1 və əlavə vaxt) 4:2 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Leyptsiq Almaniya kubokunun qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ