Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taekvondoçumuz dünya çempionatında 1/4 finala yüksəldi - YENİLƏNİB

Taekvondoçumuz dünya çempionatında 1/4 finala yüksəldi - YENİLƏNİB

Tarix: 4 Iyun 2023 15:14

15:10

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Apasport.az saytının məlumatına görə, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib.

Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.

-------

12:48

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Milli.Az


Etiketlər:  Taekvondoçumuz dünya çempionatında 14 finala yüksəldi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ