Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa və Konfrans Liqasında finalçılar bəlli oldu

Avropa və Konfrans Liqasında finalçılar bəlli oldu

Tarix: 9 May 2025 09:06

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Sonxeber.net xəbər verir ki, "Budyo Qlimt" Norveçdə İngiltərə"Tottenhem"inə 0:2 hesabı ilə uduzub.

Digər cütlükdə isə "Mançester Yunayted" evdə "Atletik"i 4:1 hesabı ilə məğlub edib.

İlk görüşdə "Tottenhem" 3:1, "Mançester Yunayted" isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

Bu nəticələrlə Avropa Liqasının final oyunununda mayın 21-i İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda "Tottenhem" və "Mançester Yunayted" qarşılaşacaq.

UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Çelsi" İngiltərədə "Yurqorden"i 1:0 udaraq finala yüksəlib.

İspaniyanın "Betis" klubu isə İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə uduzub. Əlavə vaxtda bir top vuran "Betis" həlledici oyunda "Çelsi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin final oyunu mayın 28-də Polşada olacaq.


Etiketlər:  Avropa Konfrans Liqasında finalçılar bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ