Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sahibsiz itlər Masazır sakinləri üçün təhlükə yaradır - VIDEO

Sahibsiz itlər Masazır sakinləri üçün təhlükə yaradır - VIDEO

Tarix: 5 Iyun 2023 18:48

Sahibsiz itlər Abşeron rayonu, Masazır qəsəbəsindəki "Məzun evi" Sosial Müəssisəsinin sakinlərini narahat edir.

Onlar itlərin qorxusundan hərəkət edə bilmirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər deyir ki, düz 1 ildir sahibsiz küçə itləri onları qorxu içərisində saxlayır.

Sakinlər bildirirlər ki, onlar Abşeron Rayon İcra Hakimiyyətinə, qəsəbə icra nümayəndəliyinə və bələdiyyəyə şikayət və müraciətlər ünvanlasalar da, problem hələlik həllini tapmayıb.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını müşahidə olunur. Bakı şəhəri ərazisində yerləşən "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərdiyindən Abşerondakı sahibsiz itləri ora yönləndirmək də mümkün olmayıb. Bütün bunlar nəzərə alınaraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi əsasında Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanaraq smeta xərcləri dəqiqləşdirilib. Hazırda aidiyyəti qurumlarla qayğı mərkəzinin torpaq sahəsinin sənədləşmə işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq və sahibsiz itlər həmin ərazidə toplanaraq problem həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Sahibsiz itlər Masazır sakinləri üçün təhlükə yaradır VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ