Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 08:44
Paytaxt Ottavanın səması şəhərdən 150 km qərbədək, eləcə də qonşu Kvebek əyaləti meşə yanğınlarına görə tüstü ilə örtülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Kanadanın Milli Hava Bürosunun bazar ertəsi Ottavada havanın vəziyyəti ilə bağlı yaydığı məlumata görə, çirklənmə səviyyəsi 10 ballıq şkala üzrə 5 bal olaraq qiymətləndirilir. Bu, "orta çirklənmə"yə uyğundur.
Mütəxəssislərin proqnozuna görə, çirklənmə çərşənbə axşamı gecəsi 7 bala qədər yüksələ bilər.
Ölkədə 26 min nəfər təxliyə edilib, 413 meşə yanğını qeydə alınıb, onlardan 249-da xilasedicilər hələ də alovun yayılmasının qarşısını ala bilməyib. Yanğınların ümumi sahəsi hələ müəyyən edilməyib.