Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib - Ukrayna Baş Qərargahı

Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib - Ukrayna Baş Qərargahı

Tarix: 6 Iyun 2023 10:50

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün Rusiyanın 800-dən çox hərbçisi zərərsizləşdirilib.

Rusiyanın digər döyüş itkiləri 3 860 tank, 7543 zirehli maşın, 3212 operativ-taktiki PUA, 3603 artilleriya sistemi, 351 hava hücumundan müdafiə sistemi, 590 reaktiv yaylım atəş sistemi, 313 təyyarə, 298 helikopter, 6332 avtomobil və tanker, 18 gəmi, 1171 qanadlı raket, 489 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ