Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov

''Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov

Tarix: 6 Iyun 2023 18:25

Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.

"Üstümdə nəyim var orijinaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var", -  müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır.

"Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm", - o vurğulayıb.


Etiketlər:  Üstümdə nəyim hamısı orijinaldır Əflatun Qubadov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ