Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 18:48
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə keçirilən görüşdə yerli seçkilər üçün hazırlıqlara başlanılıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə CHP sözçüsü Faik Öztrak bildirib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.
Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.
Məlumat üçün bildirək ki, seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.