Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 23:02
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.
Sonxeber.net xəbər verir ki, 25 yaşlı forvard Superliqanın sonuncu - 38-ci turunda səfərdə "Beşiktaş"ın qapısına yol tapıb.
İkinci hissədə oyuna daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2. Bu, Emrelinin "Konyaspor"da 2-ci qolu olub.
Qeyd edək ki, görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb.