Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 19:50
Müəllimlər Həmkarlar İttifaqlarına vəsait ödəsələr də, istirahət üçün göndəriş ala bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,həm ali təhsil ocaqlarında həm, də orta məktəblərdə çalışan müəllimlərin maaşından Həmkarlar İttifaqları Konfederasiyasına müəyyən məbləğdə vəsait ayrılır. Lakin onlar yay aylarında göndəriş əsasında istirahət mərkəzlərinə, yəni sanatoriyalara gedə bilmirlər. Şəki və Tovuzdan olan orta məktəb müəllimləri indiyədək həmkarlar ittifaqının göndərişi ilə istirahət etmədiklərini bildiriblər.
Xeyli araşdırdıqdan sonra məlum oldu ki, bu göndərişi ala bilənlər də illər öncə həmin fürsətdən yararlana biliblər.
Ali məktəblərdə təhsilverənlər də bildirdilər ki, sanatoriyalara ya öz hesablarına, ya da təhsil müəssisəsinin dəstəyi ilə gedirlər.
"Məsələ ilə bağlı Həmkarlar İttifaqları Konfederasiyasına da müraciət etdik."
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə "Xəbər Ertəsi"nə bildirdi ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində çalışanların əksəriyyəti, yəni 303 min nəfəri həmkarlar ittifaqının üzvüdür. Həmin şəxslərin digər hüquqlarının müdafiəsi ilə yanaşı, istirahətlərinin təşkili də növbəli şəkildə təmin olunur.
Mirzə Cəfərzadənin sözlərinə görə, hazırda ölkənin təhsil sistemində çalışan 6 mindən çox əlilliyi olan şəxs də Həmkarlar ittifaqının müavinətlərindən istifadə edir.
Sahib Məmmədovun fikrincə, əgər Həmkarlar İttifaqlarına dövlət dəstəyi artırılarsa, gələcəkdə daha çox müəllim güzəştli istirahət göndərişlərindən yararlana bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.