Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 21:25
"Sosial şəbəkədə yazırlar ki, pulu sələmə verir. Buradan deyirəm ki, sələmə pul verirəmsə, Allah məni öldürsün, evimi yıxsın. Mən insanlara əl tutmuşam. Bunu deyənlərə lənət olsun".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Bir neçə gün əvvəl dostlarının ona 120 min manatdan çox borcunun olduğunu açıqlayan sənətçi çağırışdan sonra məbləğin bir qismini geri aldığını bildirib:
"Uşaq olanda anam həmişə deyirdi ki, çalış yaxşılıq elə. Elə bilirdim ki, anamın sözüdür. Sən dəmə, atalar sözü imiş... Verilişdə deyəndən sonra yavaş-yavaş borcumu qaytarmağa başlayıblar, sağ olsunlar. Yenə də deyirəm, kim verməsə, adını efirdə çəkəcəyəm".