Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Həkimlər üçün "ehtiyat"da 10 kiloqram artıq çəki saxlamışam” - VİDEO

“Həkimlər üçün

Tarix: 10 Iyun 2023 16:25

"Hazırda "ehtiyat"ımda 10 kiloqram artıq çəkim var. O çəkini də cərrah həkimlər üçün saxlamışam. Çünki tezliklə plastik əməliyyat etdirəcəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib. 

Sənətçi bildirib ki, idman etməyə vaxtı olmadıqda onu səhnədə çıxışı zamanı rəqslə əvəz edir: 

"Hər gün səhər idman edirəm. Oynayıram, oxuyuram, "şıdırğı" gedir. Nə deyirsiniz, edirəm. İdmana zamanım olmayanda isə səhnədə çıxış etdiyim zaman rəqs edirəm".

Qeyd edək ki, Mətanət İsgəndərli aylar əvvəl mədəkiçiltmə əməliyyatı keçirib. Bunun nəticəsi olaraq müğənni 40 kiloqram arıqlayıb.

Milli.Az


Etiketlər:  Həkimlər üçün ehtiyatda 10 kiloqram artıq çəki saxlamışam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ