Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə bilirdim ki, 20 yaşıma qədər sağ qalmayacağam''

''Elə bilirdim ki, 20 yaşıma qədər sağ qalmayacağam''

Tarix: 10 Iyun 2023 23:14

Rusiyada Basta ləqəbi ilə tanına reper və prodüser Vasili Vakulenko narkotik maddə asılılığından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı pis vərdişinə görə uzunömürlü olacağına ümid etmədiyini bildirib:

"Elə bilirdim ki, 20 yaşıma qədər sağ qalmayacağam. Narkotikdən istifadə etməklə diqqət çəkmək istəyirdim. Bu, təkcə yaxınlarla bağlı deyil, ümumiyyətlə, daxili boşluq, tənhalıq məni elə bir şey etməyə vadar etdi ki, insanlar mənim haqqımda danışsınlar. Sonra mənə aydın oldu ki, həyat yanımdan keçir. Yəni nə vəziyyətim, nə də ətrafımdakı insanların verdiyi qiymət məni qorxutmadı. Bəlkə də ilk dəfə özümü, daxili hisslərimi dinlədim. Hazırda isə bu vərdişimdən xilas olmuşam və işlərimlə məşğulam".

Milli.Az


Etiketlər:  Elə bilirdim yaşıma qədər sağ qalmayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ