Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə dəcəl uşaq bacısını ələ verdi - VİDEO

Türkiyədə dəcəl uşaq bacısını ələ verdi - VİDEO

Tarix: 11 Iyun 2023 12:52

Türkiyədə onlayn dərs zamanı müəlliminin verdiyi suala tələbənin reaksiyası sosial mediada gündəm olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda müəllimin sualından sonra monitorun ekranının "donduğu" görünür. Bu zaman müəllim "Duyğucan, internetdə problemin var?", - deyə soruşur. Lakin tələbə hərəkətsiz olaraq ekrana baxmağa davam edir.

Müəllim və dostları Duyğunun internetinin kəsildiyini düşünərkən, əslində reallığın tamamilə başqa cür olduğu üzə çıxıb.

Belə ki, qızın oturduğu otağa uşaq girir və bacısından nəsə istəyir. Uşağı və tələbənin pərt olmuş üzünü görən müəllim isə əslində qızın oyun oynadığını başa düşür.

Milli.Az


Etiketlər:  Türkiyədə dəcəl uşaq bacısını ələ verdi VİDEO


RƏYLƏR