Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 11:44
2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ilk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində olacaq. Turnir iyun-iyul aylarında keçiriləcək.
Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla oynanılacaq.