Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 05:06
ABŞ-da altı uşağı olan qadın gözlərinə damcı dərman əvəzinə təsadüfən super yapışqan töküb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, bu barədə "TikTok"da paylaşım edib.
Cennifer Eversole göz damcılarını super yapışqanla eyni yerə qoyub. Və onların hər ikisi eyni ölçülü şüşələrdədir.
"Qızım diqqətimi yayındırdı və dərman əvəzinə gözümə yapışqan tökdüm", - qadın bildirib.
Bundan sonra evə təcili yardım çağırıb və onu tibb müəssisəsinə aparıblar. Orada video çəkib və yapışqanın gözünün ətrafında necə quruduğunu göstərib. Buna görə də onu aça bilmir, çünki göz ağrıyır və qaşınır.
Xoşbəxtlikdən 6 uşaq anası ciddi xəsarət almayıb və bir-iki gündən sonra özünə gəlib, görmə qabiliyyəti yaxşılaşıb.