Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 14:04
Türkiyəni İzmir şəhərində Folkart şəhərciyində aprel ayında güclü yanğın baş verib. Həmin vaxt evləri məhv olanlar arasında məşhur türkiyəli müğənni İbrahim Tatlısesin də adı olub. Daha böyük fəlakətin qarşısı isə Tatlısesin evdə olmaması ilə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aylar sonra məşhur müğənni yanğınla bağlı paylaşım edib.
O, kompleksi tikənlərə üsyan edib.
"Hər kəs "keçmiş olsun, eviniz yandı" deyir. Mən də deyirəm ki, tək evimiz yansaydı, yaxşı idi. Mənim 45 il ərzində aldığım mükafatlarım yandı. Şəhərciyi tikənlər günahkar olduqları halda, ev sahiblərindən necə pul almağın dərdindədirlər! Beş qəpik də verməyəcəyəm", - deyə müğənni sərt şəkildə bildirib.